15:24 24-12-2020
news_image
137
FUTBOL

Poçettino əvəzləyəcək - Tuxeli

Fransanın PSJ klubunun yeni baş məşqçisi Maurisio Poçettino olacaq.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Paris təmsilçisinin istefaya göndərilən çalışdırıcısı Tomas Tuxeli argentinalı əvəzləyəcək.

Lakin bunun üçün almaniyalının klubdan ayrılması rəsmiləşməlidir. Hazırda PSJ rəhbərliyi Tuxelin nümayəndələri ilə danışıqlar apararaq müqaviləyə xitam verilməsini müzakirə edir. Əgər radikal dəyişiklik olmasa, Poçettino yaxın müddətdə Fransa klubunun “sükanı arxası”na keçəcək.

Qeyd edək ki, 2019-cu ilin noyabrında İngiltərə “Tottenhem”indən ayrılan Poçettino həmin vaxtdan işsizdir. Onun adı dəfələrlə müxtəlif klublarla yanaşı hallanıb. Baş məşqçisini istefaya göndərən və ya bunun baş verəcəyi gözlənilən klublarla  bağlı məhz argentinalının adı gündəmə gəlib.