16:48 24-12-2020
news_image
82
FUTBOL

“Napoli” yarımmüdafiəçisini satmağa qərar verdi – 50 milyona

İtaliyanın “Napoli” klubu futbolçusu Fabian Ruisi satmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, buna səbəb yarımmüdafiəçi ilə yeni müqavilə ilə bağlı razılığın əldə olunmamasıdır.

Danışıqlar müsbət nəticələnmədiyi üçün neapollular futbolçunu transferə çıxarmağı məqsədəuyğun sayıb. İspaniyalı yarımmüdafiəçi “Real”, “Barselona” və “Everton”un maraq dairəsindədir. 

Qeyd edək ki, İtaliya klubu futbolçusunu 50 milyon avroya satmağı planlaşdırır.