17:45 24-12-2020
news_image
104
FUTBOL

Tuxel və köməkçilərinə 7 milyon ödəyəcək - PSJ

Fransanın PSJ klubunun istefaya göndərilən baş məşqçi Tomas Tuxel və köməkçilərinə ödəyəcəyi məbləğ bəlli olub.

Apasport.az saytının məlumatına görə, müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün almaniyalı mütəxəssis və məşqçilər korpusu ümumilikdə 7 milyon avro alacaq.

PSJ rəhbərliyi Tuxeli “Strasburq”la Liqa1-in XVII turunun matçından (4:0) sonra istefaya göndərib. Onun müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi.

Qeyd edək ki, Tuxel 2018-ci ildən PSJ-ni çalışdırırırdı. Bu müddətdə parislilər 2 dəfə ölkə çempionu olub, Liqa kubokunu, ölkə kubokunu və 2 dəfə Superkuboku qazanıb.