00:00 25-12-2020
news_image
165
FUTBOL

“Fənərbaxça” ilə müqaviləsinin detalları bilindi - Özilin

İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Məsut Özil Türkiyə təmsilçisi “Fənərbaxça” ilə danışıqlara başlayıb.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı futbolçu ilə bağlı yeganə problem onun bu barədə londonlulara xəbər verməməsidir.

“Fənərbaxça” ilə danışıqların detalları da məlum olub. Almaniya millisinin sabiq üzvü keçidə razılıq verərsə, həftəlik məvacibi 166 min avro olacaq. Bu isə “Arsenal”da qazandığından 2,3 dəfə azdır.

Qeyd edək ki, “Arsenal” Premyer Liqa və Avropa Liqasında iştirak ərizəsinə salınmayan Məsut Özilin yanvarda komandadan getməsinə razılıq verib.