23:19 24-12-2020
news_image
159
FUTBOL

Dörd ayda 4-cü baş məşqçi – Bundesliqa klubunda

Almaniyanın “Şalke” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Gelzenkirxen təmsilçisini bundan sonra Kristian Qross çalışdıracaq.

Tərəflər müqavilənin bütün detallarını razılaşdırıblar. İsveçrəli mütəxəssis sentyabrdan bəri “Şalke”nin 4-cü baş məşqçisi olacaq. 66 yaşlı məşqçi yeni komandasına ilk məşqini dekabrın 27-də keçəcək.

Qeyd edək ki, “Şalke” son olaraq dekabrın 18-də Manuel Baumu istefaya göndərib. Komanda 13 turdan sonra 4 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.