09:13 25-12-2020
news_image
100
FUTBOL

“Atalanta” ilə anlaşdı – Ukrayna millisinin üzvü

Donetsk “Şaxtyor”unun futbolçusu Viktor Kovalenko karyerasını İtaliyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi “Atalanta” ilə anlaşıb.

Ukrayna millisinin üzvü A seriyası təmsilçisi ilə ilkin müqavilə imzalayıb. Kovalenkonun “Şaxtyor”la müqavilə müddəti gələn ilin yayına qədərdir. Anlaşmaya əsasən, futbolçu məhz həmin vaxt azad agent kimi “Atalanta”ya qoşulacaq.

Qeyd edək ki, Viktor Kovalenko bu mövsüm Ukrayna Premyer Liqasında keçirdiyi 8 oyunda 4 qol vurub.