10:06 25-12-2020
news_image
104
FUTBOL

Üç cəzalı – Premyer Liqada

Azərbacyan Premyer Liqasının XIII turu üç futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

Apasport.az saytının məlumatına görə, onlardan ikisi qırmızı vərəqə aldığı üçün, biri isə arı vərəqə limiti üzündən növbəti matçı buraxacaq.

“Qəbələ” Asif Məmmədovun xidmətindən məhrum olub. Təcrübəli yarımmüdafiəçi “Səbail”lə qarşılaşmada (3:1) aldığı xəbərdarlıqla sarı vərəqə sayını 4-ə çatdırıb.

“Qarabağ” – “Zirə” (3:2) görüşündə meydandan kənarlaşdırılan Kevin Medina ağdamlılara, Dmitrios Çantaklias bakılılara növbəti turda kömək etməyəcək. Birbaşa qırmızı vərəqə alan Kevinin cəzası daha ağır olacaq. Onunla bağlı qərarı AFFA-nın İntizam Komitəsi verəcək.

Qeyd edək ki, XIV tur gələn il yanvarın 21-də keçiriləcək.