10:12 25-12-2020
news_image
92
FUTBOL

Cənubi amerikalıları göndərir – “Milan”

İtaliyanın “Milan” klubunun qış transfer dövründə yollarını ayıracaq futbolçulardan ikisi bəlli olub.

Apasport.az saytının məlumatına görə, A seriyasının lideri Mateo Musakkio və Leonardo Duarteni göndərmək niyyətindədir.

Cənubi amerikalılar baş məşqçi Stafano Piolinin planlarına daxil deyil. Klub rəhbərliyi Mateonu satmağı planlaşdırır. Cari mövsüm meydana çıxmayan 30 yaşlı argentinalı ilə müqavilə 2021-ci ilin yayında başa çatacaq. Onun transferi reallaşmasa, müqaviləyə xitam verilməsi də istisna deyil.

24 yaşlı braziliyalı müdafiəçi isə icarəyə verilməsi nəzərdə tutulub. Duarte cari mövsümdə yalnız bir matçda iştirak edib.