13:20 25-12-2020
news_image
194
FUTBOL

37 yaşında öldü - millinin sabiq hücumçusu

Belarus millisinin sabiq futbolçusu Maksim Sıqalko vəfat edib.

Apasport.az saytının məlumatına görə, hücumçu mövqeyində çıxış etmiş veteran 37 yaşında ölüb.

Karyerasının ən parlaq dövrünü Minsk “Dinamo”sunda keçirmiş forvard 2001-06-cı illərdə paytaxt klubunun formasını geyinib. O, 2004-cü ildə Belarus çempionu, 2002/03 mövsümündə ölkə kubokunun qalibi olub.

Milli komandaya cəlb olunduğu 2003-cü ildə 2 oyunda 1 qol vuran Sıqalko vətənində “Naftan” və “Savit”, Qazaxıstanda “Kaysar”, Ermənistanda “Banants”da çıxış edib. Maksim karyerasını zədələr üzündən 26 yaşında “Savit”də bitirib.