14:39 25-12-2020
news_image
104
FUTBOL

“Atletiko” İngiltərədən müdafiəçi gətirir – icarəyə

İngiltərənin “Arsenal” klubunun futbolçusu Eynsli Maytland-Naylks karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı ingiltərəli müdafiəçi “Atletiko”nun maraq dairəsinə düşüb.

Madrid klubu futbolçunu qış transfer dövründə heyətinə qatmağı planlaşdırır. La Liqa təmsilçisi Eynslini icarəyə götürmək fikrindədir.

Qeyd edək ki, Maytland-Nayls “Arsenal”da 17 oyun keçirib. Müqaviləsi 2023-cü ildə başa çatacaq müdafiəçi İngiltərə millisində 5 matça çıxıb.