14:53 25-12-2020
news_image
208
FUTBOL

İntizamlısı, intizamsızı... – Premyer Liqanın

Azərbaycan Premyer Liqasında 240 sarı və 15 qırmızı vərəqə göstərilib.

Apasport.az saytının məlumatına görə, mövsümün arxada qalan hissəsinin ən intizamlı komandası “Qarabağ”dır.

Son çempion cəmi 22 cərimə xalı toplayıb. 16 sarı vərəqə alan ağdamlılar 2 dəfə meydandan kənarlaşdırılma ilə cəzalanıb.

Ən çox cərimə xalı olan komanda “Zirə”dir. Hamıdan çox – 4 qırmızı vərəqəsi olan qəsəbə təmsilçisi 32 xəbərdarlıqda alıb.

Qırmızı vərəqə ilə cəzalanmayan yeganə komanda “Sumqayıt”dır. Amma “Gənclik şəhəri” təmsilçisi xəbərdarlıq sayında “rekord” vurub.

klub

sarı

qırmızı

cərimə

Qarabağ

16

2

22

Səbail

25

1

28

Neftçi

24

2

30

Keşlə

29

2

35

Qəbələ

35

2

41

Sumqayıt

42

0

42

Sabah

37

2

43

Zirə

32

4

44

Cəmi

240

15

285