
10:39
İngiltərənin “Everton” klubunun futbolçusu Dominik Kalvert-Levin digər Premyer Liqa təmsilçisinə keçməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, hücumçu “Mançester Yunayted”in maraq dairəsinə düşüb.
Ole-Qunnar Sulşer forvardı sərəncamında görmək istəyir. 23 yaşlı ingiltərəli keçidi düyünə düşən Erlinq Holandın əvəzinə transfer olunacaq.
Qeyd edək ki, Dominik cari mövsümün 17 oyununda 14 qol vurub.