11:07 04-08-2008
news_image
372
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov İspaniyada keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub

Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın Villarrobledo şəhərində sürətli şahmat üzrə beynəlxalq turnir keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, iki gün davam edən yarışda Azərbaycan şahmatçıları da mübarizə aparıb. Turnirin favoritlərindən olan Şəhriyar Məmmədyarov keçirdiyi 9 oyunda 7,5 xal toplayaraq ikinci yeri tutub və 2400 avro mükafat qazanıb. Beynəlxalq qrossmeysterimizi yalnız bolqarıstanlı Veselin Topalov (8 xal) qabaqlayıb. Üçüncü pillədə 7 xalla ukraynalı Ruslan Ponomaryov qərarlaşıb. Turnirdəki sonuncu təmsilçimiz Namiq Quliyev 6,5 xal toplayıb və 163 şahmatçı arasında 15-ci olub.