22:52 25-12-2020
news_image
123
FUTBOL

Mourinyonun istədiyi hücumçu – 35 milyonluq

İngiltərənin “Tottenhem” klubu qış transfer dövründə hücum xəttini gücləndirməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Joze Mourinyo Almaniya “Volfsburq”unun forvardı Vaut Veqhorstun transfer edilməsini istəyib.

Bundesliqa təmsilçisi 28 yaşlı hücumçunu buraxmağa hazırdır. Amma “Volfsburq” Veqhorst üçün 35 milyon avro tələb edir.

Qeyd edək ki, Vaut cari mövsüm 18 oyunda 13 qol vurub.