10:21 26-12-2020
news_image
144
FUTBOL

Mövsümün “11-liy”i – Bundesliqada

Almaniya Bundesliqasında geridə qalan 13 turdan sonra mövsümün simvolik “11-liy”i müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “WhoScored” statistika şirkəti hər mövqe üzrə ən yaxşı 11 oyunçunu reytinq xallarına əsasən seçib.

Maraqlıdır ki, son çempion, eyni zamanda hazırda çempionata liderlik edən “Bavariya”nın yalnız bir futbolçusu rəmzi komandaya düşüb. Bu, 8,1 reytinq balı ilə Bundesliqanın ilk 13 turunun ən yaxşısı olan Robert Levandovskidir.

Simvolik komanda: Rafal Qikeviç (“Auqsburq” - 6,8) – Kristofer Trimmel (“Union” – 7,1), Mats Hummels (“Borussiya” Dortmund – 7,3), Əmrə Can (“Borussiya” Dortmund – 7,2), Rafael Gerrera (“Borussya” Dortmund – 7,5) – Daniel Kaliciuri (“Union” – 7,3), Maksimilian Arnold (“Volfsburq” – 7,3), Vinçentso Qrifo (“Frayburq” – 7,2), Mateus Kunya (“Herta” – 7,6) – Robert Levandovski (“Bavariya” – 8,1), Erlinq Haland (“Borussiya” Dortmund – 7,8).

Qeyd edək ki, Almaniya Bundesliqasında XIV tura 2021-ci il yanvarın 2-də start veriləcək.