12:00 26-12-2020
news_image
153
FUTBOL

İlk transferi – “Barselona”nın

İspaniyanın “Barselona” klubunun mövsümün sonunda heyətinə cəlb edəcəyi ilk futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi “Mançester Siti”də çıxış edən Erik Qarsiya yetişdiyi komandaya qayıdacaq.

“Şəhərlilər”lə müqavilə müddəti 2021-ci ilin yayına qədər olan 19 yaşlı mərkəz müdafiəçisi qış fasiləsində komandanı tərk etməyəcək. Onun transferi üçün 17 milyon avroluq tələbi qəbul etməyən kataloniyalılar yayda Qarsiyaya havayı sahib çıxacaq. İspaniya millisinin üzvü artıq “Barsa” ilə ilkin müqavilə də imzalayıb. Futbolçu sevimli komandası ilə 5 illik sazişə qol çəkəcək.

Qeyd edək ki, “Mançester Siti”yə 2017-ci ildə məhz “Barselona”dan keçib.