12:55 26-12-2020
news_image
207
FUTBOL

Konqolu hücumçusu ilə vidalaşdı - "Neftçi"

“Neftçi” klubu qış fasiləsində ilk ayrılığı açıqlayıb.

Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Prins İbara yola salınıb.

Konqo millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. “Ağ-qaralar” onu mövsümün əvvəlində Belçikanın “Beerşot” klubundan birillik icarəyə götürmüşdü. Lakin rəhbərlik sözləşmə müddətinin bitməsini gözləməyib.

Qeyd edək ki, Prins İbara “Neftçi”nin heyətində 8 oyunda meydana çıxıb, 1 qol vurub.