13:24 26-12-2020
news_image
261
FUTBOL

“O, son illərin ən yaxşı futbolçusudur” – Tərlan Əhmədovun seçimi

“Mən artıq neçə ildir ki, bir futbolçunun çıxışını xüsusi bəyənirəm”.

Bunu apasport.az saytının Azərbaycanda 2020-ci ilin ən yaxşı futbolçusu sorğusuna cavabında “Neftçi” və “Keşlə” klubunun sabiq baş məşqçisi Tərlan Əhmədov deyib.

Veteran futbolçu “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevə üstünlük verdiyini söyləyib: “Qara Qarayev həm “Qarabağ”ın, həm də milli komandamızın lideridir. O, orta sahədə sərgilədiyi oyunla Azərbaycanda bir nömrədir. Oyun quruculuğunda, müdafiə ilə hücum xəttindəki əlaqələrdə əladır. Bu çıxışını yığmada da davam etdirir. Üstəlik, meydanda çox təmkinlidir, topa yaxşı nəzarət edir, meydançanı görür. Qara, ümumiyyətlə, son illərin ən yaxşı futbolçusudur”.

Tərlan Əhmədov həmçinin bir neçə futbolçunu da fərqləndirib: “Əcnəbilərdən kimisə fərqləndirmək istəmirəm. Qaradan sonra “Qarabağ”ın kapitanı Maksim Medvedevi qeyd etməliyəm. Həmçinin sonrakı yerlədə “Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimli və “Sabah”ın müdafiəçisi Amin Seydiyevi görürəm. Bu futbolçular 2020-ci ili çox yaxşı keçirdilər”.

Qeyd edək ki, buna qədər “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev də ilin ən yaxşı futbolçusu kimi Qara Qarayevi seçib.