15:00 15-01-2021
news_image
3398
FUTBOL

Kim gəlir, kim gedir? - YENİLƏNİR

Azərbaycan Premyer Liqasında qısamüddətli qış fasiləsi başa çatmaq üzrədir.

Apasport.az saytının məlumatına görə, budəfəki fasilə qısamüddətli olduğundan, klublar vaxt itirmədən heyətlərinə əl gəzdirirlər.

"Neftçi", "Qarabağ", "Qəbələ" və "Səbail" hələlik heç kimlə güclənməyib. Əvəzində "Sumqayıt"la "Keşlə" 3 transfer reallaşdırıb.

Qeyd edək ki, yanvarın 10-da rəsmən açılan 2020/21 mövsümünün qış “transfer pəncərəsi” fevralın 10-da bağlanacaq.

"Neftçi"
Gələn:
Orxan Qurbanlı ("Səbail": icarədən qayıdıb)
Gedənlər: Prins İbara (“Beerşot”, Belçika: icarə müqaviləsinə xitam verilib), Cabir Əmirli ("Sumqayıt": icarəyə)
Müqavilə müddətini uzadan: yoxdur

"Qarabağ"
Gələn:
yoxdur
Gedən: Musa Qurbanlı ("Zirə", icarəyə)
Müqavilə müddətini uzadan: yoxdur

"Zirə"
Gələn:
Musa Qurbanlı ("Qarabağ", icarəyə)
Gedənlər: Kayo Rangel, Rəşad Eyyubov
Müqavilə müddətini uzadan: yoxdur

"Sumqayıt"
Gələnlər:
Cabir Əmirli ("Neftçi": icarəyə), Mehdi Şərifi ("Paykan", İran), Höccət Haqverdi ("Peykan", İran), Dmitri Nağıyev ("Dinamo-Avto", Moldova)
Gedənlər: Adəm Həmati, Kərəm Sultanov
Müqavilə müddətini uzadan: yoxdur

"Qəbələ"
Gələn:
yoxdur
Gedən: yoxdur
Müqavilə müddətini uzadan: yoxdur

"Səbail"
Gələn:
yoxdur
Gedənlər: Arsen Ağcabəyov ("Sabah": icarə müqaviləsinə xitam verilib), Orxan Qurbanlı ("Neftçi": icarə müqaviləsinə xitam verilib), Bəxtiyar Rəhmani ("Dalkurd", İsveç), Əli Sadıxov, Murad Qayalı, Elgün Nəbiyev
Müqavilə müddətini uzadan: yoxdur

"Keşlə"
Gələnlər:
Anatole Abanq ("Şerif", Moldova), Nicat Qurbanov ("Samtrediya", Gürcüstan), Sadio Tounkara ("Narva Trans", Estoniya)
Gedənlər: Aleksandr Kristovao, Şohrux Qadoyev, Artur Batista, Alvaro Tavareş, Dmitri Klots
Müqavilə müddətini uzadan: yoxdur

"Sabah"
Gələnlər:
Arsen Ağcabəyov ("Səbail": icarədən qayıdıb), Tiemoko Fofana (“İlves”, Finlandiya: icarəyə), Bəxtiyar Həsənalızadə
Gedənlər: Ozan Can Kökçü ("Telstar", Niderland: icarəyə), Yevgeni Koçuk, Abbas Ağazadə, Ulisse Diallo
Müqavilə müddətini uzadanlar: Təmkin Xəlilzadə, Şakir Seyidov