14:41 26-12-2020
news_image
84
FUTBOL

Toplaşacağı tarixi açıqladı – “Neftçi”

“Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

İstirahətə buraxılan “ağ-qaralar” yanvarın 4-dən 21-dək "Türk Hava Yolları Futbol Mərkəzi”ndə təlim-məşq toplanışı keçəcək. Yerli futbolçular yanvarın 4-də, legionerlər isə ayın 7-dək bir araya gələcəklər. Toplanış çərçivəsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Ayın 9-da baş tutacaq matçın məkanı, saatı və rəqib haqda hələlik məlumat yoxdur.

Qeyd edək ki, “Neftçi” Premyer Liqada növbəti oyununu yanvarın 21-də “Səbail”ə qarşı keçirəcək.