18:30 26-12-2020
news_image
226
FUTBOL

Kamerun yığmasının futbolçusu “Keşlə”də

Mövsümün ikinci yarısına hazırlaşan “Keşlə” ilk transferini rəsmiləşdirib.

Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi kamerunlu hücumçu Anatole Abanqı heyətinə qatıb.

24 yaşlı mərkəz forvardı ilə 1 illik müqavilə imzalanıb.

Son olaraq Moldovanın “Şerif” klubunda oynayan Abanq buna qədər Çinin “Nantoq”, ABŞ-ın “Nyu York Red Bulls”, Rumınıyanın “Astra”, Finlandiyanın SJK, Danimarkanın “Hobro” və Kamerunun “Reynbou” klublarında çıxış edib.

Həmçinin, Kamerun millisinin heyətində 6 oyun keçirən forvardın aktivində 1 qol və 1 məhsuldar ötürmə var.