22:41 26-12-2020
news_image
103
FUTBOL

"10-luq"da – 73 yaşlı Hocson

İngiltərənin “Kristal Pelas” klubunun baş məşqçisi Roy Hocson Premyer Liqada oyun sayında ilk “10-luğ”a düşüb.

Apasport.az saytının məlumatına görə, 73 yaşlı mütəxəssis çempionatın XV turunda “Aston Villa” ilə səfər matçında buna nail olub.

Komandasının 0:3 hesabı ilə məğlub olduğu qarşılaşma Hocsonun Premyer Liqada 341-ci görüşü olub. Bununla “Kristal Pelas”ın çalışdırıcısı sabiq “Liverpul”lu Rafael Benitesi geridə qoyub. Premyer Liqada ən çox oyun keçirmə rekordu 828 matçla “Arsenal”ın əfsanəvi baş məşqçisi Arsen Vengerə məxsusdur.

Qeyd edək ki, Roy Hocson İngiltərədə həmçinin “Blekbörn”, “Fulhem”, “Liverpul” və “Vest Bromviç”i çalışdırıb.