23:04 26-12-2020
news_image
103
FUTBOL

Qattuzo ilə danışığı dondurdu – “Napoli”

Cennaro Qattuzo baş məşqçisi olduğu İtaliyanın “Napoli” klubu ilə yeni müqavilə imzalayacaq.

Apasport.az saytının məlumatına görə, 42 yaşlı mütəxəssislə son detallarla bağlı danışıqlar dondurulub.

Tərəflər 2 illik yeni sazişdə ortaq məxrəcə gəliblər və yalnız xırda detallar qalıb. Ancaq rəhbərlik son mərhələnin təxirə salınmasını qərara alıb. 2021-ci ilin əvvəllərində münasibətlərin rəsmiləşdirilməsi gözlənilir.

Qeyd edək ki, Qattuzonun hazırkı anlaşma müddəti mövsümün sonuna qədərdir.