23:14 26-12-2020
news_image
188
STOLÜSTÜ OYUNLAR

Maqnus Karlsenlə heç-heçə oynadı – Teymur Rəcəbov

Şahmat üzrə “Airthings Masters”ə start verilib. 

Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov onlayn blits üzrə təşkil olunan turnirin ilk günündə 4 qarşılaşma keçirib. 

Danil Dubov (Rusiya), Maqnus Karlsen (Norveç) və Aniş Giri (Niderland) ilə heç-heçə edən təmsilçimiz David Quijarronu (İspaniya) məğlub edib. Nəticədə 2,5 xal yığan Rəcəbov liderlər qrupunda qərarlaşıb. 

Qeyd edək ki, iki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Dairəvi sistemdə keçirilən ilk mərhələdə “səkkizlik”də qərarlaşanlar mərhələ adlayacaqlar. Turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.