23:30 26-12-2020
news_image
147
FUTBOL

Tarixi rekord – “Mançester Yunayted”dən

İngiltərənin “Mançester Yunayted” klubu tarixi rekord müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” Premyer Liqanın XV turunda “Lester”lə səfər görüşündə buna nail olub.

Rəqibi ilə 2:2 hesablı bərabərə qalan Ole Qunnar Sulşerin yetirmələri Premyer Liqanın ardıcıl 11 oyununda iki və daha çox qol vuraraq yeni rekorda imza atıb.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda 27 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alır.