00:33 27-12-2020
news_image
212
FUTBOL

“Real”la müqaviləyə hazırlaşır – Alaba

Almaniyanın “Bavariya” klubunun müdafiəçisi David Alaba yeni klub axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun anlaşmağa yaxın olduğu komanda müəyyənləşib.

Avstriya millisinin üzvü İspaniya “Real”ı ilə müqavilə imzalamağa hazırlaşır. Tərəflər arasında artıq ilkin razılıq əldə olunub. Yeganə qaranlıq qalan məqam 28 yaşlı sol cinah oyunçusunun illik məvacibi ilə bağlıdır. Alaba “Real”la anlaşsa belə, “kral klubu”na gələn ilin yayında keçəcək. Çünki o, mövsümün sonuna qədər Bundesliqa klubunda qalmaq qərarına gəlib.

Qeyd edək ki, Alaba 2008-ci ildən “Bavariya”da çıxış edir.