00:55 27-12-2020
news_image
106
FUTBOL

İspaniyaya qayıdır – “Milan”ın futbolçusu

İtaliyanın “Milan” klubunun müdafiəçisi Mateo Musakkio İspaniyaya qayıdacaq.

Apasport.az saytının məlumatına görə, Argentina millisinin üzvü “Valensiya”nın formasını geyinməyə yaxındır.

30 yaşlı mərkəz müdafiəçisi oyun praktikasından əziyyət çəkməmək üçün rəhbərlikdən ayrılmağına icazə istəyib. “Rossonyerlər” də öz növbəsində onun yanvarda “Valensiya”ya azad agent kimi keçməsinin əleyhinə deyil. Gələn ay keçidin havayı başa gəlməsi gözlənilir.

Qeyd edək ki, Mateo Musakkio 2009-2017-ci illərdə İspaniyada “Vilyarreal”ın formasını geyinib.