11:34 27-12-2020
news_image
126
FUTBOL

Rəqiblərini seçdi – “Sumqayıt”

"Sumqayıt"ın qış hazırlıq planı bəlli olub. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, “gənclik şəhəri” təmsilçisi çempionatın qalan hissəsi üçün hazırlıqlarına yanvarın 4-dən etibarən Sumqayıt şəhərində start verəcək.
 
Ayxan Abbasovun komandası toplanış dönəmində iki yoxlama oyunu keçirəcək. “Sumqayıt” yanvarın 10-da "Zirə", 14-də isə "Qəbələ" ilə qarşılaşacaq.

Qeyd edək ki, "Sumqayıt" Premyer Liqanın 14-cü turu çərçivəsində yanvarın 21-də səfərdə "Keşlə" ilə qarşılaşacaq.