12:04 27-12-2020
news_image
181
FUTBOL

Fodeni almağa qərar verdi – “Real”

İspaniyanın “Real” klubu Fil Fodeni transfer etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, madridlilər İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisini 2021-ci ilin yanvarında heyətinə qatmaq istəyir.

Futbolçunun klubunda heyətə düşməkdə çətinlik çəkməsi “Kral klubu”nun istəyini reallaşdırmasına kömək etməlidir. 20 yaşlı futbolçu oktyabrdan Premyer Liqa matçlarında start heyətinə düşə bilmir.

Foden cari mövsüm ümumilikdə 18 oyunda 5 qol vurub. Onun mançesterlilərlə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Keçidin təxminən 60 milyona başa gələcəyi gözlənilir.