
23:28
“Sumqayıt“ın prezidenti Riad Rəfiyev koronavirusa yoluxub.
Apasport.az saytının məlumatına görə, klub rəhbərinin testi pozitiv çıxıb.
Onunla yanaşı, klubun icraçı direktoru Zamiq Hüseynov da koronavirus infeksiyası aşkarlanıb.
Ümumiyyətlə, son 1 ayda “Sumqayıt“da koronavirusa yoluxanların sayı 30 nəfərdən artıqdır. Bunun 20 nəfəri futbolçular sırasına daxildirsə, digərləri klub işçiləri və məşqçilərdir (sportinfo.az).