14:12 27-12-2020
news_image
123
FUTBOL

“Fənərbaxça” Buraka elçi düşdü – azad agent kimi

Türkiyənin “Fənərbaxça” klubu Burak Kapacakı heyətinə qatmaq istəyir.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi “Bursaspor”un 21 yaşlı futbolçusuna elçi düşüb.

Danışıqlara start verən “sarı-lacivərtlilər” sağ cinah müdafiəçisinin transferini mövsümün sonunda gerçəkləşməsini istəyir. Bu da onunla bağlıdır ki, Burak yayda azad agent statusu alacaq. “Fənərbaxça” futbolçunu havayı ələ keçirmək niyyətindədir.

Ötən yayda da Kapacaka elçi düşən istanbullular “Bursaspor”un 5 milyon lirə istədiyi üçün transferdən müvəqqəti əl çəkmişdi.