14:46 27-12-2020
news_image
103
FUTBOL

“Yuventus” futbolçusunu satmaqdan imtina etdi – Çinə

İtaliyanın “Yuventus” klubu futbolçusu Xuan Kuadradonu heyətində saxlamağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi sağ cinah müdafiəçisi ilə bağlı aldığı təklifləri rədd edib.

Çinin bir neçə klubu 32 yaşlı kolumbiyalı futbolçunun keçidi ilə bağlı danışıqlar aparmaq istəyib. Amma A seriyası təmsilçisi Kuadradonun yanvarda satılması barədə danışıqlar aparmaq istəməyib.

Qeyd edək ki, Xuan 2017-ci ildən “Yuventus”da oynayır.