22:39 27-12-2020
news_image
102
FUTBOL

“Napoli” müdafiədəki problemin həllini axtarır – 2 namizəd var

İtaliyanın “Napoli” klubu sol cinah müdafiəçisi alacaq.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi “axsayan” mövqeyi müəyyənləşdirdiyi üçün aktiv axtarışlara start verib.

Neapollular eyni vaxtda iki sol cinah müdafiəçisinə maraq göstərir. İspaniya “Barselona”sından Xunior Firponu icarəyə götürməyi nəzərdən keçirən italiyalılar İngiltərədə “Çelsi”nin şərəfini qoruyan Emersona da “göz qoyub”. Heyətə yeni oyunçu qatmaq üçün neapollular bir neçə futbolçu ilə yollarını ayırmalıdır ki maaş fondunda yükləmə azalsın.

Qeyd edək ki, 24 yaşlı Firpo cari mövsüm La Liqada 2 oyuna çıxıb. Ondan 2 yaş böyük olan Emerson da Premyer Liqada eyni sayda matçda forma geyinib.