22:53 27-12-2020
news_image
102
FUTBOL

“12 mükafatımı bir “Qızıl top”a dəyişmərəm” - İbrahimoviç

“İsveçin ən yaxşı futbolçusu kimi qazandığım 12 mükafatı bir “Qızıl top”a dəyişmərəm”. 

Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç deyib.

12-ci dəfə İsveçin ən yaxşı futbolçusu seçilən hücumçu sabit karyeraya malik olmasından danışıb: “Mənim mükafatlarım karyeram ərzində sabit olmağımın sübut edir. Çox görmüşəm ki, futbolçular dünya, Avropa çempionatı və ya Çempionlar Liqasında gözəl çıxış edib. İt-bat olmazdan öncə bir möhtəşəm mövsüm. Mən isə həmişə zirvədə olmuşam. Bu da yeganə epizod deyil”.