09:26 28-12-2020
news_image
66
FUTBOL

“Kalyari”yə qayıdır - “İnter”dən

İtaliyanın “İnter” klubunun futbolçusu Raca Naynqolan “Kalyari”yə keçməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisində oyun praktikası qazanmaqda çətinlik çəkən 32 yaşlı belçikalı yarımmüdafiəçi sardiniyalıların hədəfindədir.

“Kalyari” ötən mövsüm icarəyə götürdüyü futbolçunun keçidini qış transfer dövründə həll etməyi planlaşdırır. Naynqolan 2010-14-cü illərdə də şərəfini qoruduğu kluba qayıtmağın əleyhinə deyil.

Qeyd edək ki, belçikalının “İnter”lə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.