10:28 28-12-2020
news_image
220
FUTBOL

12 mümkün rəqib - Azərbaycan çempionuna

Çempionlar Liqasının 2021/22 mövsümündə mübarizə aparacaq komandalardan 12-si bəllidir.

Apasport.az saytının məlumatına görə, başa çatmaqda olan 2020-ci ildə çempionu müəyyənləşən ölkələrin qitənin ən nüfuzlu turnirindəki təmsilçiləri dəqiqləşib.

Bunlar yaz-payız sistemi ilə keçirilən 12 liqanın qalibləridir. Həmin komandalar gələn ilin yayında start götürəcək yeni mövsümdə Azərbaycan çempionunun mümkün rəqibləridir.

Bu komandalardan biri – Farer adalarının çempionu turnirə ilkin mərhələdən başlayacaq. Digər 11 klub isə Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün qalibi ilə eyni raundda – I təsnifat mərhələsində yarışacaq.

Çempionlar Liqası
“Malmö” (İsveç)
“Bodo Qlimt” (Norveç)
“Kayrat” (Qazaxıstan)
“Şaxtyor” (Belarus)
“Jalgiris” (Vilnüs, Litva)
“Riqa” (Latviya)
“Şemrok Rovers” (İrlandiya)
HİK (Finlandiya)
“Dinamo” (Tbilisi, Gürcüstan)
“Valyur” (İslandiya)
“Flora” (Estoniya)
“Torshavn” (Farer adaları)