10:36 28-12-2020
news_image
102
FUTBOL

“Yuventus” polşalı hücumçudan imtina edir – qiymətə görə

İtaliyanın “Yuventus” klubu polşalı hücumçu Arkadiuş Milikin transferindən imtina etmək məcburiyyətində qalıb.

Apasport.az saytının məlumatına görə, buna futbolçunun çıxış etdiyi “Napoli”nin yüksək transfer məbləği istəməyi səbəb olub.

Milikin özü də Turin klubuna keçməyə can atsa da, neapollular onun üçün 15 milyon avro istəyir. Bu rəqəm “Yuventus”u qane etmir. A seriyasının çempionu Arkadiuşun qiymətinin şişirdilmiş olduğunu düşünür.

Qeyd edək ki, polşalı 2016-cl ildən “Napoli”nin şərəfini qoruyur.