11:11 28-12-2020
news_image
190
FUTBOL

3-cü “öküz”ü - millimizin

Qarşıdan gələn 2021-ci il Azərbaycan milli komandasının tarixində 3-cü öküz ili olacaq.

Apasport.az saytının məlumatına görə, əvvəlki iki belə il yığmamız üçün uğursuz alınıb.

1997 və 2009-cu illərdə 23 matça çıxan milli komanda cəmi 3 qələbə qazanıb. Aktivinə 4 heç-heçə yazdıran yığma 16 dəfə meydandan başıaşağı ayrılıb. Vurulan 13 qolun əvəzində 42 top buraxılıb.

1997-ci il Vaqif Sadıqovun yığmada baş məşqçi kimi debütü ilə əlamətdar olub. DÇ-1998-in beş seçmə oyununda xala həsrət qalan milli yalnız yoldaşlıq oyunlarındakı nəticələrlə təsəlli tapıb. İlin son sınağında isə İsveçrədə 5 cavabsız qol buraxıb.

12 il sonra yığmamız Berti Foqtsun rəhbərliyi altında oynayıb. İlboyu uğursuzluqları sıralayan milli yalnız payızda özünə gəlib. DÇ-2010-nun Lixtenşteyn və Rusiya ilə matçlarında 4 xal toplayan komanda yoxlama xarakterli beynəlxalq turnirdə Çexiyanı da üstələyib. Amma İspaniyadan yoxlama, Almaniyadan seçmə oyununda alınan darmadağın azarkeşləri məyus edib.

2021-ci ilə isə komandamız Canni de Byazi ilə çıxacaq. Millini DÇ-2022-nin 8 seçmə oyunu gözləyir. Portuqaliya, İrlandiya, Serbiya və Lüksemburqla görüşlərdə futbolçularımız əvvəlki “öküzlər”in qisasını almağa çalışacaq.

1 mart 1997. Larnaka. YO. Azərbaycan – Estoniya – 0:2
22 mart 1997. Bakı. YO. Azərbaycan – Türkmənistan – 3:0
2 aprel 1997. Bakı. DÇ. Azərbaycan – Finlandiya – 1:2
25 aprel 1997. Aşqabad. YO. Türkmənistan – Azərbaycan – 2:0
 4 iyun 1997. Vilyandi. YO. Estoniya – Azərbaycan – 1:0
8 iyun 1997. Helsinki. DÇ. Finlandiya – Azərbaycan – 3:0
19 avqust 1997. Riqa. YO. Latviya – Azərbaycan – 0:0
6 sentyabr 1997. Bakı. DÇ. Azərbaycan – Norveç – 0:1
10 sentyabr 1997. Budapeşt. DÇ. Macarıstan – Azərbaycan – 3:1
11 oktyabr 1997. Sürix. DÇ. İsveçrə – Azərbaycan – 5:0
1 fevral 2009. Dubay. YO. Azərbaycan – Özbəkistan – 1:1
11 fevral 2009. Əl-Küveyt. YO. Küveyt – Azərbaycan – 1:1
28 mart 2009. Moskva. DÇ. Rusiya – Azərbaycan – 2:0
2 iyun 2009. Kayseri. YO. Türkiyə - Azərbaycan – 2:0
6 iyun 2009. Bakı. DÇ. Azərbaycan – Uels – 0:1
9 iyun 2009. Bakı. YO. Azərbaycan – İspaniya – 0:6
12 avqust 2009. Bakı. DÇ. Azərbaycan – Almaniya – 0:2
5 sentyabr 2009. Lənkəran. DÇ. Azərbaycan – Finlandiya – 1:2
9 sentyabr 2009. Hannover. DÇ. Almaniya – Azərbaycan – 4:0
10 oktyabr 2009. Vaduts. DÇ. Lixtenşteyn – Azərbaycan – 0:2
14 oktyabr 2009. Bakı. DÇ. Azərbaycan – Rusiya – 1:1
15 noyabr 2009. Əl-Ayn. BT. Azərbaycan – İraq – 0:1
18 noyabr 2009. Əl-Ayn. BT. Azərbaycan – Çexiya – 2:0