11:31 28-12-2020
news_image
139
FUTBOL

Konfrans Liqasında 31 rəqib – Azərbaycan klublarına

İlk dəfə keçiriləcək Konfrans Liqasının 31 iştirakçısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, başa çatan 2020-ci ildə 12 ölkədə 3-cü dərəcəli klub turnirinə vəsiqələr bəlli olub.

Düzdür, çempionatı yaz-payız sistemi ilə keçirilən bu ölkələrin bəzilərində kubokun qalibi gələn il bilinəcək. Yeni turnirdə iştirakı dəqiqləşən 31 klubdan 10-u II təsnifat mərhələsindən yarışa qatılacaq.

Azərbaycan klubları ilə eyni raundda oynayacaq bu komandalar təmsilçilərimizin mümkün rəqibləridir. Premyer Liqamızın gümüş və bürünc mükafatçısı, həmçinin kubokun qalibi ilə görüşməsi mümkün olan digər 21 klub isə I təsnifat mərhələsini adlamalıdır.

Konfrans Liqası
I təsnifat mərhələsi

“Panevejis” (Litva)
“Jalgiris” (Kaunas, Litva)
“Suduva” (Litva)
“Liepaya” (Latviya)
RFS (Latviya)
“Valmiera” (Latviya)
“Dandolk” (İrlandiya)
“Bohemians” (İrlandiya)
“Sliqo Rovers” (İrlandiya)
“İnter” (Finlandiya)
“Kuopio” (Finlandiya)
“Honka” (Finlandiya)
“Qaqra” (Gürcüstan)
“Dila” (Gürcüstan)
“Dinamo” (Batumi, Gürcüstan)
“Hafnarfyordur” (İslandiya)
“Styarnan” (İslandiya)
“Breydablik” (İslandiya)
“Payde” (Estoniya)
“Runavik” (Farer adaları)
“Klaksvik” (Farer adaları)
II təsnifat mərhələsi
“Elfsborq” (İsveç)
“Haken” (İsveç)
“Molde” (Norveç)
“Valarenqa” (Norveç)
“Rusenborq” (Norveç)
“Tobol” (Qazaxıstan)
“Astana” (Qazaxıstan)
“Şaxtyor” (Qazaxıstan)
BATE (Belarus)
“Torpedo” (Belarus)