12:47 28-12-2020
news_image
81
FUTBOL

Toplaşacağı tarix müəyyənləşdi – “Sabah”ın

“Sabah” klubunun qış hazırlıq proqramı müəyyənləşib.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, komanda yanvarın 8-dək istirahət edəcək.

Məhz həmin gün Visente Qomesin kollektivi bir araya gələrək, mövsümün ikinci yarısının hazırlıqlarına başlayacaq. Məşqlər Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq. Ancaq hazırlıq çərçivəsində yoxlama görüşünün olub-olmayacağı hələ bəlli deyil.

Qeyd edək ki, “Sabah” Premyer Liqanın XIV turu çərçivəsində yanvarın 21-də “Qarabağ”la qarşılaşacaq.