13:05 28-12-2020
news_image
75
FUTBOL

Ronaldoya heyrandır - Messi

İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi karyerasını bitirdikdən sonra məşqçiliyə başlamaq fikrində deyil.

Apasport.az saytının məlumatına görə, argentinalı superulduz özünü texniki heyətdə görmədiyini söyləyib.

33 yaşlı futbolçu klubda başqa vəzifədə çalışmağın əleyhinə deyil: “Özümü məşqçi kimi görmürəm. Komandaya faydalı olacağını düşündüyüm, ehtiyac duyulacaq futbolçuları gətirmək üçün bəlkə idman direktoru vəzifəsində çalışa bilərəm”.

Leo həmçinin ən çox bəyəndiyi idmançıların da adlarını açıqlayıb. O, futbolçular arasında uzun illərdir rəqibi olan portuqaliyalı hücumçu Kriştianu Ronaldonu fərqləndirib: “Rafael Nadal, Roje Federer, Lebron Ceyms kimi heyran olduğum, hörmətə layiq bir çox idmançı var. Hər idman növündə belə bir insan var. Futbolda bu, Kriştianu Ronaldodur”.

Qeyd edək ki, 2004-cü ildən “Barselona”da çıxış edən Messinin klubla müqavilə müddəti mövsümün sonuna qədərdir.