13:36 28-12-2020
news_image
102
FUTBOL

49 cəza, 32 min 600 manat cərimə - “Keşlə” rəqiblərindən “öndə”

Azərbaycan Premyer Liqasının klubları mövsümün ilk bölümündəki cərimələrinin ümumi məbləği bəlli olub.

Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi arxada qalan 13 turun 51 matçında Premyer Liqa təmsilçiləri barədə 50 cəza tədbiri görüb.

Bu qərarlardan biri sonradan apelyasiya ilə ləğv edilib. 49 qərara əsasən 8 klub ümumilikdə 32 min 600 manat cərimələnib.

“Keşlə” hamıdan çox – 6600 manat ödəməli olub. Bunun təxminən yarısı mövsümün ən böyük cəriməsinə məruz qalan İlkin Qırtımovla bağlıdır. Ona görə klubu 3200 manat ziyana düşmüşdü.

“Sumqayıt”la “Qəbələ” hərəyə 5200 manat xərcə düşüb. AFFA “Zirə”ni 4800 manat cərimələyib. “Qəbələ” və “Zirə” digər klublardan daha çox – hərəyə 9 dəfə cərimə qərarı alıb.

“Qarabağ” 3400, “Sabah” 2800, “Səbail” 2600, “Neftçi” isə daha az – 2000 manat cərimə olunub. Ağdam təmsilçisi Kevin Medinanın son turdakı 1600 manatlıq cəriməsi üzündən digər komandaları “arxada qoyub”.