14:20 28-12-2020
news_image
88
FUTBOL

Dieqo Kosta ayrılmaq istəyir - “Atletiko”dan xahiş etdi

İspaniyanın “Atletiko” klubunun hücumçusu Dieqo Kosta komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, İspaniya millisinin üzvü bununla bağlı rəhbərliyə müraciət edib.

32 yaşlı forvard ailəsində yaranmış problem səbəbindən ayrılması üçün icazə istəyib. Madrid təmsilçisi Braziliya əsilli oyunçunun mövsümün sonuna qədər olan müqaviləsinə xitam vermək barədə müzakirə aparır. Onun xidmətində maraqlı olan komandalar əsasən Türkiyə təmsilçiləridir.

Qeyd edək ki, Dieqo Kosta 2018-ci ildən “Atletiko”nun formasını geyinir. O, 2007-2009 və 2010-2014-cü illərdə də bu komandanın şərəfini qoruyub.