14:26 28-12-2020
news_image
90
FUTBOL

Qapıçıya yeni təklif – 7 milyonluq

İtaliyanın “Milan” klubu qapıçısı Canluici Donnaummaya yeni müqavilə təklif edib.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi qolkiperə ildə 7 milyon avro ödəməyə hazırdır.

Lakin futbolçunun agenti Mino Rayola klub rəhbərliyini digər təkliflər alması ilə hədələyir. Qapıçıya “Yuventus”la “İnter”in maraq göstərdiyini əsas gətirən agent Canluici üçün daha yaxşı şərtlərə nail olmaq istəyir. Hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatacaq qolkiper illik maaşının 6 milyondan 10 milyona çatdırılmasını istəyir.

Qeyd edək ki, Canluici cari mövsüm 13 matçdan dördündə qapısını toxunulmaz saxlayıb.