15:43 28-12-2020
news_image
96
FUTBOL

İlin adamı seçildi - Flik

Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Hans-Diter Flik növbəti mükafatını qazanıb.

Apasport.az saytının məlumatına görə, 55 yaşlı mütəxəssis “Kicker” nəşri tərəfindən İlin adamı seçilib.

O, idman sahəsində fərqlənənlər üçün təsis edilən mükafata Münhen təmsilçisindəki uğurlarına əsasən yiyələnib. Flikin yetirmələri 2020-ci ildə 5 titula, o cümlədən Çempionlar Liqası və Bundesliqanın qalibi adına sahib çıxıb.

Qeyd edək ki, bir il əvvəl mükafata İngiltərə “Liverpul”u çalışdıran Yurgen Klopp yiyələnib.