16:21 28-12-2020
news_image
124
FUTBOL

Bir illik həsrəti bitir – “Səbail”in futbolçusunun

“Səbail” klubunun qapıçısı Nikolas Hagen 2021-ci ilin martında rəsmi oyunlar üçün Qvatemala yığmasına çağırılacaq.

Apasport.az xəbər verir ki, bu barədə ölkəsinin mətbuatına açıqlamasında millinin baş məşqçisi Amarini Vilyatoro məlumat verib.

Bir neçə futbolçunu üç ay sonrakı toplanışa çağıracağını qətiləşdirən gənc çalışdırıcı onlardan birinin də Hagen olacağını söyləyib. O, 24 yaşlı qolkiperin dəvət ediləcək üç qapıçıdan biri olacağını dəqiqləşdirib.

Qeyri-adi hadisə baş verməsə, Hagen Qvatemala yığmasının DÇ-2022-nin KONKAKAF zonası üzrə seçmə mərhələsində martın 24-də Kuba, 27-də Britaniya Vircin adaları ilə ilk görüşlərində çərçivədəki yerini alacaq. Bununla da qolkiper bir illik həsrətə son qoyacaq. O, sonuncu dəfə martın 5-də Panama ilə görüşdə Qvatemala yığmasının formasını geyinib.

Qeyd edək ki, Nikolas Hagen cari mövsümün əvvəlindən “Səbail”də çıxış edir.