16:50 28-12-2020
news_image
104
FUTBOL

“Mən Şaxta babayam, 27 uşağıma hədiyyə gətirirəm” - İbrahimoviç

İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç yenidən gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, isveçli superulduz açıqlaması ilə növbəti dəfə diqqət çəkib.

O, Milad bayramında özünə hədiyyə arzulamadığını söyləyib: “Miladda heç vaxt özüm üçün nəsə istəmirəm. Mən Şaxta babayam, 27 uşağımın hamısına hədiyyələr gətirən mənəm. Uşaqlarımdan ikisi İsveçdə, digər 25 nəfər Milanda qalır”.

Qeyd edək ki, bir aydır zədədən əziyyət çəkən İbrahimoviçin yanvarın ortalarında dönüşü gözlənilir.