17:24 28-12-2020
news_image
128
FUTBOL

“Qalatasaray”ın hədəfindəki Musa – Terim istədi

Türkiyənin “Qalatasaray” klubunun transfer siyahısında yer alan daha bir futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İstanbul nəhəngi hücum xəttini Əhməd Musa ilə gücləndirmək fikrindədir.

28 yaşlı nigeriyalı futbolçunun transferini baş məşqçi Fatih Terim istəyib. Rusiya MOİK-indəki çıxışları ilə tanınan afrikalıya müqavilə də təklif olunub. Super Liqa təmsilçisi onunla 2+1 illik anlaşma imzalamağı planlaşdırır.