17:53 28-12-2020
news_image
125
FUTBOL

Bakıya “Milan”ın oyunçusu kimi gələ bilər – serbiyalı hücumçu

İspaniyanın “Real” klubunun hücumçusu Luka Yoviç İtaliyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, “Milan” 23 yaşlı forvardın transferində israrlıdır.

“Rossonyerlər” Serbiya millisinin üzvünü qış fasiləsində 6 aylıq icarəyə götürməyi planlaşdırır. A seriyası təmsilçisi ulduz futbolçunun nümayəndələrindən biri ilə artıq təmasa keçib. Bu keçid baş tutarsa, Yoviç DÇ-2022-nin seçmə qrup mərhələsində martın 30-da Azərbaycan millisi ilə səfər matçına məhz “Milan”ın oyunçusu kimi gələcək.

Qeyd edək ki, Luka Yoviçin “Real”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.