22:13 28-12-2020
news_image
102
FUTBOL

4 futbolçusunu transferə çıxardı – “Napoli”

İtaliyanın “Napoli” klubu heyətində təmizləmə işləri aparacaq.

Apasport.az saytının məlumatına görə, neapollular qış fasiləsində yola salmaq istədiyi futbolçuları müəyyənləşdirib.

Klub prezidenti Aurelio de Laurentis idman direktoru Kristian Cuntoliyə 4 oyunçunun satılmasını tapşırıb. Rəhbərlik müdafiəçilər Fauzi Qulam, Kevin Malkyui, həmçinin hücumçular Arkadiuş Milik və Fernando Lyorenteni transferə çıxarıb. Milik özü də ayrılmaq istədiyini idman direktoruna bildirib.

Qeyd edək ki, Milik “Yuventus”un, Lyorente isə “Milan”ın maraq dairəsindədir.